13 Oktyabr 2014 11:20
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının əlindəki Enbar rayonunun Tavi bölgəsi İraq ordusunun nəzarətinə keçib.

Teleqraf.com Sabah qəzetinə istinadən xəbər verir ki, bu barədə İraq Daxili İşlər Nazirliyinən açıqlama verilib. Açıqlamada hava hücumlarının da dəstək verdiyi əməliyyat nəticəsində ölən və yaralananların sayı bildirilmir.

Xatırladaq ki, son vaxtlar İŞİD-in Mosul və Tikrit bölgələrində bəzi şəhərləri ələ keçirməsi nəticəsində 1 milyon vətəndaş bölgədən köçməyə məcbur olub.

Samir


Müəllif:

Oxşar xəbərlər