2 Sentyabr 2020 14:13
2 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Belarusa açıq müdaxilə edərsə, ABŞ Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunacağını müzakirə edəcək”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Rusiya Prezidenti Vladimir Putin avqustun 27-də belaruslu həmkarı Aleksandr Lukaşenkonun istəyi ilə lazım olacağı təqdirdə, qonşu ölkəyə kömək edəcək təhlükəsizlik qüvvələrinin ehtiyat hissəsinin yaradıldığını açıqlayıb. Lakin bu, yalnız Belarusdakı vəziyyət nəzarətdən çıxdıqda baş verəcək.

Lukaşenko Putinin açıqlamasına münasibət bildirib: “Ruslar bunu Belarusu qorumaq istədikləri üçün etməyəcəklər. Qulaq asın, özümüzü müdafiə edəcəyik. Nə baş verəcəyini siz düşünün”.

Artıq üç həftədir respublikada kütləvi nümayişlər davam edir: müxalifət mövcud hökumətin istefasını, yeni prezident seçkilərinin keçirilməsini tələb edir. Müxalifət avqustun 9-da Lukaşenkonun qələbəsi ilə başa çatdığı deyilən prezident seçkilərinin nəticələrini tanımır.


Müəllif: Mənsur Rəğbətoğlu