Rusiya Xarici işlər naziri Sergey Lavrov Belarusda vəziyyəti gərginləşdirmək üçün Ukraynada təlim keçmiş hərbçilərin bu ölkəyə göndərildiyini deyib.
Teleqraf.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Nazir Ukraynadan Belarusa göndərilmiş 200 hərbçini “ekstremist” elan edib.
Məlumatda Rusiyanın Belarusda vəziyyəti sabitləşdirmək üçün eksterimistlərin Ukrayna ərazisindən aparıldığı barədə məlumatları təsdiqlədiyi qeyd olunub. Moskva və Minskin “Belarusu Rusiyadan qoparmaq” cəhdlərinə qətiyyətlə cavab verməyə hazır olduqları iddia edilib.