ABŞ prezidenti Donald Tramp Səhiyyə Nazirliyindən koronavirus peyvəndinin bu ilin sonuna kimi hazırlamasını tələb edib.
Teleqraf.com-un məlumatına görə, bu barədə “The Washington Post” qəzeti yazıb.
Qeyd olunur ki, dövlət başçısı öz reytinqini yüksəltmək üçün noyabrın 3-də planlaşdırılmış prezident seçkilərinə qədər vaksini təqdim etmək istəyir.
ABŞ koronavirusun yayılmasına görə dünyada birinci yerdədir.