7 Sentyabr 2020 10:53
1 418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın COVID-19 virusunun ikinci dalğası təhlükəsi ilə üz-üzə qaldığı bu dövrdə kəşfiyyat xidmətləri vaksin savaşı aparır.

Teleqraf.com xəbər verir ki, kəşfiyyata bağlı alt qurumların mübarizəsi SSRİ ilə ABŞ arasında “soyuq müharibə”ni xatırladır.

Dərman şirkətlərinin izinə düşmək əvəzinə asan hədəf olacağına inanaraq texnoloji araşdırmalar həyata keçirən Cənubi Korolina Universiteti və digər məktəblərdə rəqəmsal kəşflər edildiyindən çinli kəşfiyyat casusları xəbər tutub.

“Nyu-York Times” iddia edib ki, kəşfiyyata yaxın bəzi mənbələr çinli internet xakerlərinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) kəşf edilən vaksinlərə dair məlumatlarını toplayıb və bunlardan gizlicə istifadə edib.

Məlumata görə, rus kəşfiyyatı ABŞ, Kanada və İngiltərədəki vaksin araşdırma mərkəzlərini hədəfə alıb. Bildirilir ki, Rusiyanın bu istiqamətdəki “fəaliyyəti”ni ilk dəfə beynəlxalq fiber optik kabellərə nəzarət edən ingilis casus təşkilatı tərəfindən təsbit edilib. ABŞ, Kanada və İngiltərə kəşfiyyat xidmətlərinin açıqladığına görə, rus kəşfiyyatı xüsusilə Oksford Universiteti və Ast-Zeneka-nın araşdırmalarını ələ keçirməyə çalışıb.

ABŞ isə bəyan edib ki, kəşfiyyat xidmətlərinin bu istiqamətdə fəaliyyəti “müdafiə” xəttini keçmir. Əlavə edilir ki, digər ölkələrin pandemiya araşdırmalarına qarşı hər hansı casusluq fəaliyyəti aparılmır.

Ancaq mütəxəssislər hesab edirlər ki, ABŞ casusları Rusiya, Çin və İranın hər hansı bir məlumatı oğurlayıb-oğurlamadığını araşdırarkən bu ölkələrin peyvəndlə bağlı sirlərini əldə edə bilərlər.

İsrailin məxfi qurumu MOSSAD isə casusluq əvəzinə “oğruluq” işinə girişib. “Guardian” bildirir ki, mart ayında MOSSAD-ın iki ərəb ölkəsindən azı 100 min koronavirus testi oğurlayıb. Oğurlanan testlərin səhv olduğunun ortaya çıxması ilə faktiki ikinci skandal yaranıb.

Qeyd edək ki, kəşfiyyat xidmətləri arasında “müharibə” davam edərkən Rusiya lideri Vladimir Putin avqustun 11-də Sputnik-V adlı peyvəndi qeydiyyatdan keçirdiklərini elan edib. Avropa və ABŞ-dan isə Sputnik-V peyvəndi ilə əlaqədar “etibarlı deyil” açıqlaması verilib.


Müəllif: Cavad

Oxşar xəbərlər