8 Sentyabr 2020 14:42
4 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əl-Qaida terror təşkilatının qurucu lideri Usame bin Ladenin terrorçulara göndərdiyi mesajların uzun illər gizli qalması və müəyyən edilə bilməməsinin səbəbi ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, Laden Əl-Qaida terrorçuları ilə əlaqələrində erotik videolarda gizlədilən şifrəli mesajlardan istifadə edib.

ABŞ-ın “National Geographic” kanalı “Bin Ladenin sabit diskləri” adlı sənədli araşdırmasını yayımlayıb.

Sənədli araşdıranda bəlli olub ki, Bin Ladeni öldürən ABŞ dəniz piyadalarına bağlı xüsusi qrup onun evində tapdığı erotik filmlər kolleksiyasında önəmli qeydlərə rast gəlib.

Usame bin Laden elektrik poçta etibar etmədiyi üçün Əl-Qaida üzvləri ilə bu filmlərin içinə şifrlənən fikirləri sayəsində əlaqəyə girirmiş.


Müəllif: Cavad

Oxşar xəbərlər