16 Sentyabr 2020 15:04
1 476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusda cəmiyyətin spontan şəkildə öz-özünə təşkilatlanması və seçkilərin legitim olmaması barədə açıqlamalar mifdir.

Teleqraf.com “BELTA”ya istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin siyasi fəalları ilə görüşdə deyib.

Onun sözlərinə görə, Belarusda baş verənlər gözlənilməz və ya yeni bir şey deyil.

“Yaşlı insanlar Belarusda baş verənləri – 90-cı illərdə minlərlə insanın küçələrə çıxmasını, avtomobilləri aşırmasını, yandırmasını, binaların birinci mərtəbəsinə “Molotov kokteyli” atılmasını xatırlayırlar. O zamanlar binaların birinci mərtəbəsi indi olduğu kimi butiklər və mağazalar deyildi. Adi insanların pəncərələri idi”, – deyə Aleksandr Lukaşenko söyləyib.

Prezident qeyd edib ki, cəmiyyətin spontan qaydada öz-özünə təşkilatlanması, dırnaqarası inqilabi vəziyyətin yaranması, seçkilərin qeyri-legitim olması və bu kimi şeylər mifdir.

“Onları cari ilin seçki kampaniyasından çox əvvəl baş verən hadisələrin dərin təhlili əzir”, – Lukaşenko bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər