18 Sentyabr 2020 14:09
3 756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Çinlə sərhədə S-400 hava hücumundan müdafiə kompleksləri yerləşdirəcək.

Teleqraf.com xəbər verir ki, Rusiya Müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov ökənin yüksək rütbəli hərbçiləri ilə görüş keçirib.

Nazirlikdə baş tutan görüş zamanı ordunun vəziyyəti, davam edən hərbi təlimlər müzakirə edilib, regional hərbi yatırımlar və fəaliyyətlər əsas diqqət mərkəzinə gətirilib.

Müdafiə naziri Şoyqu çıxışında deyib ki, ölkənin şərq bölgəsinə hava hücumundan müdafiə sistemləri yerləşdiriləcək: “Xüsusilə, iki zenit raket batareyası Buk-M1-2 və S-400 sistemləri ilə təchiz ediləcək. Şərq bölgələrində hərbi-siyasi vəziyyət gərgindir və mümkün təhdidləri zərərsizləşdirmək üçün müxtəlif tədbirlər hazırlanır”.

General Şərq Hərbi Dairəsinin əhəmiyyətinə diqqət çəkərək deyib ki, bölgədə ilin əvvəlindən 11 min hərbçi xidmətə başlayıb: “Yazda Suqol poliqonunda 19 min əsgərdən ibarət birliklər təlim keçəcək. Borey-A tipli nüvə sualtı qayıqları və kruvazörlərin inşası üçün lövbərləmə davam edəcək. Həmçinin hazırda Naquruskaya və Temp hava limanlarında III Hava Müdafiə Dviziyasının silah anbarının tikintisi aparılır”.

Şoyqu əlavə edib ki, bu il ərzində 179 fərqli növ silahlar ordu birliyinin ixtiyarına veriləcək:

“Şərq Hərbi Bölgəsinə bağlı Şimal Donanması Atlantik və Aralıq dənizlərində uğurla xidmət keçir. Filotumuz nəinki şimal qütbünün təhlükəsizliyini, eyni zamanda müxtəlif regionlarda tədqiqatlarda iştirak edir”.


Müəllif: Cavad

Oxşar xəbərlər