Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raabın cangüdəni silahını təyyarədə unutması səbəbindən işindən müvəqqəti kənarlaşdırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Belə ki, nazirlə birlikdə ABŞ-dan səfərdən qayıdan mühafizəçi təyyarənin Hitrou aeroportuna enişindən sonra tapançasının üzərində olmadığının fərqinə varıb.
Daha sonra o, silahını təyyarədə unutduğunu xatırlayıb.
London polisinin məlumatına görə, məsələ ilə bağlı araşdırma aparıldığı müddətcə sözügedən əməkdaşın işləməsinə icazə verilməyəcək.