İranda son sutka ərzində daha 3 097 nəfərdə koronavirus aşkarlanıb, 183 nəfər vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.
Bununla da ölkədə xəstələnənlərin sayı 422 140-a, virus qurbanlarının sayı isə 24 301-ə yüksəlib.
Bundan əlavə, indiyədək 359 570 nəfər sağalıb. Ölkədə 38 269 aktiv koronavirus xəstəsi qalmaqdadır ki, onlardan da 3 898-nin vəziyyəti ağır qiymətləndirilir.