24 Sentyabr 2020 10:39
3 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Krım Muxtar Respublikasını 2014-cü ildə özünə ilhaq edən, habelə Donbasda tərəfdarlar vasitəsilə “müstəqillik” elan edən Rusiyaya qarşı qərbin iqtisadi sanksiyaları davam edir.

Teleqraf.com xatırladır ki, Avropa Birliyinin (AB) Rusiyaya qarşı sanksiyaların sentyabrın 15-dən başlayaraq daha 6 ay uzadılması və genişləndirilməsinə dair qərar verməsi rəsmi Moskvanı anoloji addımlar atmağa sövq edib.

Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Avropa Birliyinə qarşı sanksiyalar genişləndirəcək və sanksiyalara məruz qalan şəxslərin sayı artırılacaq.

Açıqlamada qeyd edilib ki, AB-nin sanksiya qərarına qarşı olaraq Rusiya ölkəyə girişinə qadağa qoyulan AB üzv dövlətlərinin və qurumlarının təmsilçilərinin siyahısını genişləndirmək qərarını verib. Bildirilib ki, sanksiyalar altına salınan şəxslərin sayı AB-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiya siyahısının sayı ilə bərabərləşdirilib.

Rusiya XİN-in açıqlamasında AB-nin bu ölkəyə qarşı sanksiya qərarına sərt etiraz da ifadə edilib: “Avropa Birliyinə bu davranışlarının zərərli olduğuna dair dəfələrlə xəbərdarlıq edilib”.


Müəllif: Cavad

Oxşar xəbərlər