25 Sentyabr 2020 09:14
1 553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aleksandr Lukaşenkonun bu dəfəki inauqurasiya mərasimində əvvəlkilərdən fərqli olaraq hər hansı xarici nümayəndə və diplomat iştirak etməyib.

Teleqraf.com xəbər verir ki, bu bardə Belarus mediası məlumat yayıb.

Mərasimə kilsədən, o cümlədən provaslav məbədindən də nümayəndə çağırılmayıb.

Belarusun katolik kilsəsinin rəhbəri mitropolit Tadeuş Kondruseviç isə xaricdən ölkəyə buraxılmır. DİN onun pasportunu etibarsız sayır.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun andiçmə mərasimi Minskdə sentyabrın 23-də keçirilib. Bu haqda əvvəldən xəbər verilməyib və mərasim televiziyada canlı yayımlanmayıb.

Belarusun 6-cı prezidentinin sonuncu, 2015-ci il inaquarisya mərasiminə xaricdən 1000-dən artıq qonaq dəvət edilib və yüksək səviyyəli tədbiri ölkə televiziyaları canlı efirə verib.


Müəllif: Mahir

Oxşar xəbərlər