25 Sentyabr 2020 22:26
2 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Aleksandr Lukaşenkonun Belarus prezidenti kimi legitimliyini tanımaqdan imtina edilməsi respublikanın işlərinə dolayı yolla müdaxiləni göstərir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin rəsmi nümayəndəsi Dmitri Peskov söyləyib.

Kremlin sözçüsü vəziyyəti belə şərh edib: “Bu cür qərarlar bu dövlətlərlə Belarus arasında dialoqun aparılmasına ciddi mane olacaq və işi çətinləşdirəcək”.

Peskov beynəlxalq hüquqa zidd olan bu cür qərarları Kremlin alqışlamadığını vurğulayıb. Onun sözlərinə görə, Avropa ölkələrinin mövqeyi Rusiya-Belarus münasibətlərinin mövcud vəziyyətinə və gələcək inkişaf perspektivlərinə təsir göstərməyəcək.

Sentyabrın 24-də Avropa Birliyinin Lukaşenkonun legitimliyini inkar etdiyi məlum olub. Bundan əvvəl ABŞ da onu qanuni dövlət başçısı kimi tanımadığını elan edib.

Belarusda avqustun 9-da keçirilən prezident seçkilərindən sonra ölkəni etirazlar bürüyüb və 6-cı dəfə dövlət başçısı kürsüsünə iddia edən Aleksandr Lukaşenkonun seçkiləri saxtalaşdırdığı bəyan olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər