26 Sentyabr 2020 10:32
3 669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada hər on nəfərdən biri sapioseksualdır. Bu insanlar intellekti tərəfdaşında ən cəlbedici seksual xüsusiyyət hesab edir.

Teleqraf.com xəbər verir ki, alimlərin bu istiqamətdə apardığı tədqiqat açıqlanıb.

Tədqiqat zamanı kişilərin də qadınlar qədər sapioseksual olduqları və təxminən 120 IQ göstəricisinin ən cəlbedici intellekt dərəcəsi hesab edildiyi aydınlaşıb.

Bəs sapioseksuallar kimlərdir?

Onlar tərəfdaşın zahiri əlamətlərindən deyil, onun əqli keyfiyyətlərindən vəcdə gələn insanlardır. Üstəlik, sapioseksuallar üçün zəkanın yüksək dərəcəsi yalnız arzuolunan xüsusiyyət deyil, bu, məhz cinsi həyəcana səbəb olur.

Seksual intellekt

Tədqiqatçılar 18-35 yaş arası 383 insanın romantik və seksual zövqlərini araşdırıblar. Eksperiment iştirakçılarından tərəfdaşın müəyyən keyfiyyətlərindən hiss etdikləri cinsi həyəcan səviyyəsini birdən beşə qədər qiymətləndirmək istənilib.

Tərəfdaşın cinsi keyfiyyətlərinin ilk yerlərində xeyirxahlıq və anlayış, maraq oyatma qabiliyyəti və sakit xarakteri dayanıb. İnsanların çoxu zəkaya ciddi cinsi maraq kimi baxmasa da, kiçik bir qrup məhz bu xüsusiyyətə cavab verib.

Yüksək intellekt dərəcəsi təcrübədə iştirak edənlərin 8 faizdən çoxunu həyəcanlandırmayıb və ən çox istənilən IQ səviyyəsi 120 (orta IQ göstəricisi təxminən 100) olub. Potensial tərəfdaşın IQ səviyyəsi artdıqca (121-dən 135-ə) onun cəlbediciliyi azalıb. Bu cür intellektual əmsal təcrübə iştirakçıları üçün cinsi istək doğurmayacaq qədər yüksək görünüb.

Sapioseksuallıq niyə baş verir?

Alimlər hesab edirlər ki, yüksək intellekt tərəfdaşı, insanı yaşamağa təşviq edən müəyyən təkamül mexanizmləri sayəsində seksual cəhətdən cəlbedici edir. Sapioseksual şəxs şüuraltı hesab edir ki, ağıllı insan tərəfdaşının və onun gələcək nəslinin bəslənməsini daha asan həyata keçirə bilər, bundan əlavə, zəka həyatın bütün sahələrində yüksək bacarıq deməkdir.


Müəllif: Səxavət