29 Sentyabr 2020 00:32
2 634
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türk dronları Suriya rejimindən sonra Ermənistan ordusunun yox edilməsində istifadə olunur. Bu, yeni bir dövrün başlanğıcıdır. Türk dronları ilk gündə erməni ordusunun 22 tank və zirehli texnikasını, 15-dən çox hava hücumundan müdafiə sistemini məhv edib”.

Teleqraf.com xəbər verir ki, bunu türk ekspert Turan Oğuz deyib.

“Dronlarımız çox önəmlidir. “Bayraktar TB-2” radardan yayınmaq xüsusiyyətinə malikdir, həm də texniki baxımdan güclüdür. Bunlar radarlara düşmədən müdafiə sistemlərinin çox yaxınına qədər yaxınlaşa bilirlər”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər