1 Oktyabr 2020 17:14
15 414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Xalq Məclisinin sədri, eks-prezident Nursultan Nazarbayev müavini Janseid Tuymebayevi qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu haqda Tuymebayev məlumat verib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında son gəlişmə haqda danışılıb.

Türk dünyasının ən böyük dövləti olan Qazaxıstanın keçmiş lideri ənənəsinə bu dəfə də sadiq qalaraq, işğalçı və işğala məruz qalan arasında fərq qoymayıb:

“Elbaşı Qazaxıstanın Azərbaycan və erməni diasporlarının Dağlıq Qarabağdakı hərbi əməliyyatların dayandırılması barədə birgə müraciətini dəstəkləyib. Nursultan Nazarbayev münaqişənin böyüməsindən narahatlığını dilə gətirərək, iki dost dövlət arasında danışıqlara başlamağın bölgədəki vəziyyəti ən qısa müddətdə sabitləşdirməyə xidmət edəcəyini qeyd edib”.


Müəllif: Mənsur Rəğbətoğlu