1 Oktyabr 2020 19:00
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqına (Aİ) üzv ölkələr ötən il 3 milyon ton qəhvə idxalı üçün ümumilikdə 7,5 milyard avro ödəyib.

Teleqraf.com xəbər verir ki, bunu Avropa Statistika İdarəsi (Eurostat) 1 Oktyabr Beynəlxalq Qəhvə Günü münasibətilə qəhvə idxalı məlumatlarını açıqlayarkən yayıb.

Aİ-nin qəhvə ixracatında birinci yeri 932 min tonal Braziliya tutub. İkinci yeri 673 min tonla Vyetnam, 221 min tonla Honduras üçüncü, 166 min tonla Kolumbiya dördüncü, 145 min tonla Uqanda beşinci, 137 min tonla Hindistan altıncı və 113 min tonla Peru yeddinci yeri tutub.

Sözügedən dövrdə Almaniya 1,1 milyon ton, İtaliya 604 min ton, Belçika 303 min ton, İspaniya 273 min ton və Fransa 236 min ton qəhvə idxal edib.


Müəllif: Yeganə Oqtayqızı