“Facebook” sosial şəbəkəsinin təsisçisi Mark Sukerberq və onun həyat yoldaşı Prinsilla Çan Ebola xəstəliyi ilə mübarizəyə 25 milyon dollar ayırıblar.
“Biz ən qısa zamanda xəstəliyin yayılmasını nəzarət altına almalıyıq”, - şəbəkə sahibi qeyd edib.
M.Sukerberqin sözlərinə görə, əks halda, virus səhiyyə sahəsində uzunmüddətli dünya böhranına səbəb ola bilər ki, onunla da mübarizə üçün QİÇS və ya poliomielit kimi onilliklər lazım olacaq.
O vurğulayıb ki, ayrılan vəsaitlər qısa müddət ərzində ekspertlərin epidemiyanın qarşısının alınmasına yönələn işini sürətləndirə bilər.
Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, Qərbi Afrika ölkələrində virus qurbanlarının sayı 4447 nəfərə çatıb, 8,9 min nəfər isə bu xəstəliyə yoluxub.
Daha çox ölüm halları üç ölkədə – Liberiya, Sierra Leone və Qvineyada qeydə alınıb.
İLHAMƏ