5 Oktyabr 2020 14:48
6 983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə müdafiə sənayesinin Pilotsuz Uçan Aparatları (PUA) istehsalında uğurları ABŞ-ın nüfuzlu “Forbes” jurnalının diqqətini çəkib.

Teleqraf.com xəbər verir ki, nəşr Türkiyənin PUA istehsalını araşdıraraq terrorizmlə qarşı mübarizə çərçivəsində bir çox bölgədə uğurla tətbiq olunduğunu yazıb.

Məqalədə “Bayraktar-TB2”, “Akıncı”, “Anka-S”, “Aksungur” və “Alpagu”ların qazandıqları uğurlara diqqət çəkilib.

Nəşr Türkiyənin bu dronlar sayəsində Suriya və İraq olduğu kimi Liviyadakı əməliyyatlarda da böyük nailiyyətlər qazandığını bildirib.

Silahlı Qüvvələr inventarında yer alacaq “Aksungur”, “Alpagu” və “Akıncı”nın istehsalına başlanmasının Türkiyənin bölgədəki gücünə güc qatacağı qeyd edilir. Bildirilib ki, bu dronların hədəfləri təsbit edib yox eləmək qabiliyyəti düşmən qüvvələri üçün böyük bir təhlükə yaradır.

“Akıncı” və “Aksungur”ların uzaq mənzilli raket daşıya biləcəkləri, dünya miqyasında digər PUA-lar arasında seçildiyi qeyd edilib.

Əlavə edək ki, dünyanın nüfuzlu KİV-ləri bundan əvvəl “Bayraktar-TB” dronlarının Azərbaycan ordusunun işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki uğurlu anti-terror əməliyyatlarına diqqət çəkib.

Rus nəşrləri türk dronlarını erməni ordusunun “qorxunc kabus”u adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər