5 Oktyabr 2020 16:01
12 390
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dağlıq Qarabağa sülhməramlı qüvvələrin göndərilməsi məsələsi çox mübahisəlidir”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı deputat Olqa Kovitidi deyib.

“Son dərəcə çətin vəziyyət nəzərə alınmaqla, sülhməramlı qüvvələrin Dağlıq Qarabağ ərazisinə gətirilməsi məsələsi çox mübahisəlidir”, - deputat bildirib.

O, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların Dağlıq Qarabağdakı vəziyyəti normallaşdırmaq və münaqişənin alovlanmasının qarşısını almaq üçün imkanlar yaratmaq baxımından təsirli bir mexanizm olduğunu qeyd edib:

“Aydındır ki, atəşkəs olmadan aparılan danışıqların nəticəsi olmayacaq”.

Əlavə edək ki, bundan əvvəl rəsmi Moskva Ermənistan Baş naziri Nikol Paşinyanın çağırışına cavab olaraq, Dağlıq Qarabağa yalnız tərəflərin hər ikisinin razılığı əsasında sülhməramlı qüvvələrin göndərilə biləcəyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər