12 Oktyabr 2020 22:36
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin (TSK) daxili və xarici əməliyyatları ilə bir-birinin ardınca vurduğu zərbə ilə yox olma həddinə çatan PKK terror təşkilatı itkilərini etiraf etməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, PKK-nın “Aqit Civyan” ləqəbli üzvü Vahiyəddin Karay da daxil olmaqla 3 terrorçu sentyabrın 11-də Vanda keçirilən xüsusi əməliyyatlar zamanı məhv edilib.

Ölümlərini bir ay gizlədə bilən PKK “Aqit Civyan” ləqəbli Vahiyəddin Karay, “Canfəda Qoyi” ləqəbli Təkin Yıldırım və “Hebün Qırəspi” ləqəbli Xelil Kavusun məhv edildiklərini təsdiqləyib.

“Qırmızı bülleten”lə 10 milyon mükafatla axtarılan Karay PKK lideri Murad Karayılanın “sağ əli” sayılırdı. 1995-ci ildə universiteti tərk edərək təşkilata qatılmışdı. 25 il ərzində bir çox qanlı hadisələrdə iştirak edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər