ABŞ-ın başçılığı ilə koalisiya qüvvələri Kobani şəhərində “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının mövqelərinə son iki gündə 40 hava zərbəsi endirib.
Teleqraf.com lenta.ru-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kibri açıqlama verib. Onun sözlərinə görə, hücumlar nəticəsində 100-dən çox İŞİD militanı öldürülüb.
Kibri hava hücumlarının İŞİD-i zəiflətdiyini, lakin şəhərdə vəziyyətin hələ də qeyri-sabit qaldığını bildirib.
Samir