19 Oktyabr 2020 16:14
9 379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub.

***

15:22

Sinopdakı sınaq atışlarını uğurla başa vuran “S-400” hava müdafiə sistemini daşıyan 2-ci hərbi karvan Ankaraya qayıdarkən Samsundan keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Türkiyə Silahlı Qüvvələrinə (TSK) aid “S-400”lər Ankaradan yola çıxaraq, 6-7 oktyabr tarixlərində Samsundan keçərək geniş təhlükəsizlik tədbirləri altında Sinopa çatıb.

Sinopdakı sınaq atışlarını uğurla başa vuran “S-400”lərdən bəziləri Ankaraya yerləşdirilmək üçün yola çıxıb.

Hava hücumundan müdafiə sistemlərini daşıyan hərbi nəqliyyat vasitələrinin ikinci karvanı Samsunda görünüb. Təhlükəsizlik qüvvəkəri “S-400”ləri daşıyan hərbi maşınları müşayiət edib.

Sistemlərin Ankaraya getdiyi açıqlanıb.


Müəllif: Mənsur Rəğbətoğlu