Hollandiyalı haker Viktor Gevers ABŞ Prezidenti Donald Trampın Tvitter hesabının şifrəsini tapıb və səhifəyə giriş əldə edib.
Teleqraf.com xəbər verir ki, Viktor Geversin Donald Trampın hesabını 5-ci cəhddə ələ keçirib.
Qeyd edək ki, Donald Trampın 87 milyon izləyicisi var.
Məlumata görə, hesaba necə daxil olmasının izahını Trampın e-mail ünvanına göndərən Viktor Gevers ABŞ prezidentinə daha etibarlı şifrə yaratmağı tövsiyə edib.
Trampın Tvitter şifrəsi əvvəllər də hollandiyalı hakerlər tərəfindən ələ keçirilmişdi.