27 Oktyabr 2020 11:24
5 487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mafiya Roma şəhər bələdiyyəsinin sədri Virginia Ruggieni və ailəsini öldürməyi planlaşdırır.

Teleqraf.com “Röyter” agentliyinə istinadən xəbər verir ki, bu barədə bələdiyyə sədrinin özü məlumat verib.

Qeyd edək ki, Virginia Ruggie 5 Ulduz Hərəkatı Partiyasının üzvüdür, 2016-cı ildə ilk dəfə Romanın qadın bələdiyyə sədri seçilib və yenidən namizədliyini irəli sürüb.

2018-ci ildə qanunsuz tikilən villaların sökülməsi əmrini verməklə bələdiyyə sədri mafiyanın hədəfinə tuş gəlib. Bu səbəbdən də daima polisin müşayiəti altında yaşayır.

Bələdiyyə sədri bildirib ki, Ostianın sahil bölgəsində Spada klanı və Romanın şərqində San Basilio Marando klanı ona qarşı “müharibə” elan edib.


Müəllif: Cavad

Oxşar xəbərlər