17 Oktyabr 2014 08:38
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya parlamentinin sədr müavini, Kommunist Partiyasından olan millət vəkili İvan Melnikov Türkiyəni sərt tənqid edib.

Teleqraf.com-un məlumatına görə, millət vəkili Türkiyənin Kipr probleminin sülh yolu ilə həll olunmasına əngəl törətdiyini iddia edib.

Moskvada Kiprin yunan tərəfinin keçmiş rəhbəri Dmitris Xristofias, Rusiya-Kipr Dostluq Dərnəyinin başçısı Trassu Haris və dərnəyin idarə heyətinin üzvü Vasiliu Andreas ilə görüşən Rusiya parlamentinin millət vəkilləri Kipr yunanlarına dəstək verdiklərini bəyan ediblər.

Melnikov Türkiyənin müzakirələrdən yayındığını iddia edərək bunun danışıqlar prosesinə ciddi zərbə vurduğunu deyib:

“Kipr sülh prosesinə başda Türkiyə olmaqla müxtəlif xarici qüvvələr mane olur. Hər dəfə müzakirələri baltalamaq üçün yeni bəhanələrdən istifadə olunur. Bu dəfəki bəhanə isə qətiliklə Kiprin nüfuzunə ciddi zərbədir. Türkiyə Kiprin iqtisadi bölgəsində təbii qaz və neft araşdırma işləriylə əlaqədar qərar verib. Bu qərar beynəlxalq normalara ziddir. Rusiya olaraq, bu qərarı qınayırıq”.


Müəllif:

Oxşar xəbərlər