5 Noyabr 2020 12:02
1 277
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Söz azadlığı” bəhanəsi ilə İslam dini və müsəlmanların hədəf alındığı Fransada təhsil naziri Jan Mişel Blankenin tənqid olunduğu “Remedium” adlı karikatura “Söz azadlığı sərhədlərini keçir” iddiası ilə silinib.

Teleqraf.com xəbər verir ki, karikaturanın “Mediapart” adlı saytdan nazirin tələbi ilə silindiyi bildirilib.

Blanke məqalədə “Təhsil təcrübəsi olmayan, çox liberal fikirlərə sahib və zorakılıq tərəfdarı” şəxs kimi təqdim edilib.

Nazir məqalə və karikaturanın dərc olunmasından sonra öz vəkilləri vasitəsilə sayta təzyiqlər edərək, yazı və fotonun silinməsinə nail ola bilib. O, saytın “söz azadlığının sərhədlərini aşdığını” deyib.

Təhsil nazirinin senzura tələbi Fransada etirazlara səbəb olub. Sayt rəhbərliyi nazirin bu səylərinin şok effekti yaratdığını açıqlayıb və Mişeli buna görə “ikiüzlü” adlandırıb: “Üzdə söz azadlığını müdafiə edir, arxada yazarlara təzyiq edir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər