13 Noyabr 2020 13:48
2 327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağda atəşkəsdən sonra həyata keçiriləcək işlər barədə texniki danışıqlar aparacaq 20 nəfərlik Rusiya nümayəndə heyətinin bu gün Ankaraya gəlməsi gözlənilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.

Türkiyə Müdafiə naziri Hulusi Akar bu gün Rusiyadan geniş bir nümayəndə heyətinin Ankaraya gələcəyini və Qarabağdakı atəşkəsdən sonra həyata keçiriləcək işlər barədə texniki danışıqların aparılacağını açıqlayıb.

Əvvəlcə Xarici İşlər Nazirliyində görüşlər keçirməyi planlaşdırılan nümayəndə heyəti günortadan sonra Müdafiə Nazirliyinə gedəcək və texniki görüşlərdə iştirak edəcək.

Görüşdə tərəflərin harada duracağı, neçə nəfər olacağı, hansı fəaliyyətlərin həyata keçiriləcəyi kimi məsələlər taktika və texnika baxımından müzakirə ediləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər