14 Noyabr 2020 16:50
1 782
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Quru Qoşunları İsraildən alınan "Dəmir-Günbəz" hava hücumundan müdafiə sistemini Texas ştatında aktivləşdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Quru Qoşunlarının açıqlamasında bildirilib.

“Quru Qoşunları Texasdakı Fort Bliss bazasında yerləşdirilən "Dəmir-Günbəz" hava müdafiə kompleksini test etmək, qiymətləndirmək və mövcud hava müdafiə sistemlərinə inteqrasiya etmək məqsədilə aktivləşdirib”,- açıqlamada qeyd edilib.

Sistemlərin yerləşdirmə müddətinin dekabrın 16-na qədər davam edəcəyi bildirilən açıqlamada deyilir ki, "Dəmir-Günbəz" sistemləri Quru Qoşunlarının kritik sabit və yarı sabit bazalarını hava və raket təhdidlərinin müdafiəsini təmin edəcək. Bu müvəqqəti yerləşdirmə gələcəkdə sistemlərin yerləşdirilməsi qərarı üçün test, qiymətləndirmə və inteqrasiya fəaliyyətinə dəstəyi təmin edəcək.

Xatırladaq ki, "Dəmir-Günbəz" sistemləri sentyabrda ABŞ-a təhvil verilib. İsrailin “Rafael” şirkəti tərəfindən istehsal olunan və 2001-ci ildən İsrail ordusu arsenalına daxil edilən bu sistemlər qısa və orta mənzilli raketlərə qarşı istifadə edilir.


Müəllif: Cavad

Oxşar xəbərlər