14 Noyabr 2020 21:02
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 30-da Türkiyənin İzmir vilayətində baş verən zəlzələ nəticəsində həlak olanların sayı 116-ya çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Məlumatda qeyd edilir ki, yeraltı təkanlar zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən vətəndaşlardan biri həyatını itirib. Hadisə zamanı yaralanan 1034 nəfərdən 8-nin müalicəsi davam etdirilir.

Xatırladaq ki, oktyabrın 30-da Türkiyənin İzmir vilayətində yerli vaxtla saat 14.51-də 6,6 bal gücündə zəlzələ baş verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər