Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 177 nəfər dünyasını dəyişib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 13 191 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 6 592 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 481 198 nəfərə çatıb.
Nazir əlavə edib ki, ötən gün koronavirusdan 3 845 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 392 616 nəfər təşkil edir.