Nüvə silahına malik olduğu bildiirlən İran İsrail üçün “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatından daha təhlükəlidir.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İsrail Baş naziri Binyamin Netanyahu açıqlama verib. Onun sözlərinə görə, İran nüvə proqramında beynəlxalq razılığa gəlməsi qısa müddətdə nüvə bombasının istehsalı ehtimalını gücləndirir: “Bununla İran hər kəsə böyük təhlükə yaradır. O İsrail üçün İŞİD-dən daha təhlükəlidir”.
Qeyd edək ki, İran ötən ilin noyabrın 24-də Cenevrədə baş tutan müzakirələr zamanı müvəqqəti razılığa gəlib. Müqaviləyə əsasən tərəflər bu ilin iyuluna qədər geniş bir razılıq əldə etməli olsalar da, bu müzakirələr noyabr ayına kimi təxirə salınıb.
Samir