2 Dekabr 2020 17:29
2 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya Prezidenti Vladimir Putinin vasitəçi rolu ilə qəbul edilmiş Dağlıq Qarabağ razılaşmasını tarixi sənəd hesab edir.

Teleqraf.com xəbər verir ki, o, bu anlaşmanın ən doğru qərar olduğunu bildirib:

“Prezident Vladimir Putinin Dağlıq Qarabağdakı döyüşlərə son qoymaq üçün vasitəçiliyi ən yüksək tərifə layiqdir. Rusiyanın ən fəal iştirakı ilə əldə olunan razılaşma, fikrimcə, mövcud kritik vəziyyətdə yeganə düzgün qərardır”.

Tokayevin sözlərinə görə, bu razılaşma bölgədə uzunmüddətli sülhün bərqərar olmasına kömək edəcək: “Mənim fikrimcə, bu, həqiqətən tarixi bir razılaşmadır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər