2 Dekabr 2020 20:53
7 263
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilk dəfə olaraq Yaponiyanın ilhaq edilmiş Kuril adalarına “S-300” raketləri yerləşdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda ölkənin Çinlə sərhədindəki Şərqi Hərbi Dairəsinin komandiri Gennadi Jidkonun bölgəyə baş çəkdiyi bildirilib.

Səfər çərçivəsində Kuril adalarında yerləşdirilən “S-300” hava sistemlərinin yoxlanıldığı barədə məlumat verilib.
Açıqlamada adalara ilk dəfə yerləşdirilən hava hücum sistemlərinin “S-300” modelinin son nəsli olan “S-300V4” sistemi olduğu deyilib. Rusiya istehsalı olan “S-300V4” kritik obyektləri və güc qruplarını ballistik hava hücumlarından qorumaq üçün hazırlanıb.

İkinci Dünya Müharibəsinin sonunda SSRİ Yaponiyanın Sakit okeanını Oxot dənizindən ayıran təqribən 1300 kilometrə qədər olan Kuril adalarını ilhaq etmişdi. Uzun illərdir mübahisəli ərazilərlə bağlı danışıqlar aparan Rusiya və Yaponiya anlaşa bilmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər