Çin Milli Kosmik İdarəsi (CNSA) “Çanq-5” kosmik kəşfiyyat gəmisinin Aydan götürdüyü torpaq nümunələrini gətirmək üçün Yerə doğru hərəkət etdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, havalandırma modulunun mühərrikinin yerli vaxtla saat 23:00 radələrində kondisionerləşdirmə prosesindən sonra 6 dəqiqə işlədiyi bildirilib.
Kəşfiyyat vasitəsinin Ayın ətrafında dövr edən orbit moduluna kilidlənməsi və dünyaya hərəkət etməyə başlaması gözlənilir. CNSA-nın əvvəllər paylaşılan hərəkət proqramına görə, “Çanq-5” kəşfiyyat vasitəsi Çinin Monqolustan Muxtar Bölgəsinə enəcək.
“Çanq-5”-in topladığı nümunələrin Ay və Günəş sistemi ilə əlaqədar yaşı da daxil olmaqla bir çox bilinməyən nöqtələri işıqlandıracağı və kosmik tədqiqatlara töhfə verəcəyi proqnozlaşdırılır.
“Çanq-5” bu tapşırığı uğurla yerinə yetirərsə, Çinin kosmik proqramı çərçivəsində ilk dəfə olaraq Yerdən kənar bir yerdən torpaq nümunəsi gətiriləcək.
Amerika Aerokosmik Agentliyi (NASA) dünən “Çanq-5”-in uğurlu enişi münasibətilə Çini təbrik edib: “Ümid edirik ki, Ayda toplanan nümunələr Yerə gətirilərsə, bundan elmi ictimaiyyət bu nümunələri araşdıraraq faydalanacaq”.
“Çanq-5”-in 4 modulu noyabrın 24də Vinçanqdakı “Long March 5-Y” raketindən atılıb. 23 gün çəkməsi planlaşdırılan missiya uğurla başa çatsa, Çin ABŞ və Sovet İttifaqından sonra Aydan Yerə bir nümunə gətirən üçüncü ölkə olacaq. “Çanq-4”-ü 2019-cu ildə Ayın qaranlıq tərəfinə endirən Çin buna nail olan ilk ölkə olub.