5 Dekabr 2020 21:57
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın paytaxtı Parisdə "Qlobal təhlükəsizlik haqqında" qanunun qəbul edilməsinə qarşı etiraz aksiyası zamanı iğtişaşlar baş verib.

Teleqraf.com xəbər verir ki, aksiya iştirakçıları Makronu istefaya çağıran şüarlar səsləndiriblər.

Etirazçıların nümayişi zamanı bir qrup radikal Parisdə mağazaların şüşələrini sındırmağa çalışıblar.

Etirazçıları müşayiət edən polis əməkdaşları radikalların qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edib. Onlar isə küçələrdə məişət tullantıları üçün konteynerləri, avtomobilləri yandırmağa başlayıblar.

Yanğın Qambetta prospektində olub. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.


Müəllif: Teleqraf.com