9 Dekabr 2020 15:35
4 883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən əvvəl mətbuat konfransında danışıb.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı dünən axşam oynanılan “PSG” (Fransa) – “Medipol Başakşehir” (Türkiyə) matçında hakimin irqçi fikirləri ilə bağlı açıqlama verib.

“Bu, Fransanın son irqçi ritorikasının yeni bir ifadəsidir. Bu yanaşma bağışlanmazdır. Əslində dünən axşam Tvitter hesabımda buna münasibət bildirdim. Həm partiyamızın sözçüsü, həm də prezidentin sözçüsü açıqlamalar verdi. “Başakşehir” hakimin bu irqçi sözlərindən sonra meydandan çıxmaqla qətiyyətli bir mövqe sərgilədi. Rumıniyalı hakimi oyundan kənarlaşdırsalar da, bunun kifayət etmədiyini dedilər. Dörd hakimin dəyişdirilməsi və matçın təxirə salınmasında israr etdilər. Demba Ba (“Başaşehrin” oyunçusu) çox qətiyyətli dayandı. Fransa irqçi ritorikanın və münasibətlərin cəmləşdiyi bir məkana çevrilib”, - Ərdoğan bildirib.

Əlavə edək ki, sözügedən matçda rumıniyalı hakim türk komandasının oyunçusuna müraciətdə “qara oğlan” deyərək onu təhqir edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər