Rusiyanın İrkutsk vilayətində Moskva vaxtı ilə 00.45-də zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin İrkutsk Regional Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, təbiət hadisəsinin intensivliyi 5-6 bal gücündə qiymətləndirilib.
Təbiət hadisəsinin episentri 7,6 bal olub.
İrkutskda zəlzələdən sonra yüksək hazırlıq rejimi tətbiq olunub.