Türkiyə hüquq mühafizə xidməti PKK terror təşkilatının maliyyə mexanizminə ciddi zərbə vurub.
Teleqraf.com-un məlumatına görə, Türkiyə Daxili İşlər Nazirliyi bəyan edib ki, Diyarbəkrin Lice mahalında xüsusi əməliyyat keçirilib.
Əməliyyat nəticəsində 1 tondan artıq narkotik maddə ələ keçirilib.
Məlumat üçün deyək ki, əksər terrorçu təşkilatlar kimi PKK-nın da əsas gəliri narkotik maddələrin dövriyyəsi hesabına formalaşır.