Rusiya Prezidenti Vladimir Putinin keçirdiyi ənənəvi illik mətbuat konfransı zamanı Yekaterinburq məktəblisi Yelena Vorontsova dövlət başçısına belə bir sual verib: “Vladimir Vladimiroviç, siz nəvələrinizə hansı kitabları oxuyursunuz?”
Teleqraf.com xəbər verir ki, Rusiya liderinin cavabı belə olub:
“Məsələn, Marşakı...”
Aparıcı V.Putinin Marşakın məhz hansı əsəri oxuduğunu dəqiqləşdirmək istəyib. Putin gülümsəyərək deyib:
“Yaxşı, “On iki ay”. Rus sovet müəlliflərinin digər yaxşı əsərləri də var. Bizim nağıllarımız çox yaxşıdır”.
V.Putin nadir hallarda ailəsi, o cümlədən nəvələri barədə danışır. O, 2017-ci ildə vətəndaşlarla birbaşa bağlantı zamanı ikinci nəvəsinin dünyaya gəldiyini açıqlamışdı. Birincinin isə artıq uşaq bağçasına getdiyini qeyd etmişdi. Rusiya Prezidenti uşaqların adlarını çəkməmişdi.
Samuil Marşak (1887-1964) rus sovet şairi, dramaturq və tərcüməçi, ədəbiyyatşünas, ssenaristdir. Populyar uşaq kitablarının müəllifidir. Lenin (1963) və dörd Stalin mükafatı (1942, 1946, 1949, 1951) laureatıdır.