Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda iqamətgahına gedərkən bir çörək sexində alış-veriş edərək, müəssisənin sahibi və işçiləri ilə söhbətləşib.
Teleqraf.com xəbər verir ki, Ərdoğan sexdən kəpəkli çörək, noxudlu çörək və simit də daxil olmaqla bir çox məhsul alıb.
Ərdoğan müəssisədən çıxarkən ona yaxınlaşan vətəndaşlarla görüşüb.
Çörək sexinin sahibi Canik Askeroğlu Prezident Ərdoğana odun sobasında bişmiş un məhsullarları təqdim etdiklərini deyib: “Ona kəpəkli buğda çörəyi, noxudlu çörək verdik. Kəpəkli buğda simiti, küçə simiti təqdim etdik, Alman çovdarı kimi 5-6 növ çörək növü verdik”.
Sex sahibi prezidentin onlardan hal-əhval tutduğunu söyləyib: “Bizdən soruşdu ki, işiniz necə gedir? Ustamızı soruşdu, işçilərlə maraqlandı. Gigiyenik qaydalara nəzər saldı, məhsulları yoxladı. Razı qaldı. Gəldiyinə görə təşəkkür etdik.Bacardığımız qədər kömək etməyə çalışdıq”.