Gürcüstanda son sutkada daha 1 731 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 4 599 nəfər sağalıb, 39 pasiyent isə vəfat edib.
Teleqraf.com xəbər verir ki, Gürcüstanda COVID-19-a yoluxanların ümumi sayı 208 638-ə çatıb. Onların 180 441-i sağalıb, 2 094-ü isə dünyasını dəyişib.
Hazırda karantin zonalarında 481, stasionar nəzarətdə 6 654 nəfər var. 1 913 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.