“İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının döyüşçüləri ilə kürd qüvvələri arasında İraqın Mosul su anbarı yaxınlığında döyüşlər davam edir.
Teleqraf.com Cihan agentliyinə istinadən xəbər verir ki, əməliyyatlar nəticəsində kürd qüvvələrindən 20 döyüşçüsü öldürülüb, 45-i isə ağır yaralanıb. Yayılan xəbərlərə görə, hücum zamanı ölənlərdən 3-ü Türkiyə vətəndaşı olub. Rəsmilər su anbarına hücumun tankerlər vasitəsilə edildiyini bildiriblər.
Yaralıların isə yaxınlıqdakı xəstəxanalara çatdırıldığı qeyd edilir.
Samir