Türkiyə Müdafiə naziri və Silahlı Qüvvələrin baş qərargah rəisi Yaşar Gülər Liviyada bu ölkədəki türk hərbi qüvvələri ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə bölgədə son duruma diqqət çəkən Akar Liviyadakı əsas problemin qiyamçı Haftar qruplaşması və onun havadarlarının olduğunu deyib.
Liviyanın legitim Milli Konsensus Hökumətinə dəstəyin davam etdiriləcəyini bildirən nazir Türkiyə ordusunu savaşla hədələyən Haftar qüvvələrinə meydan oxuyub:
“Qiyamçı və xarici qüvvələrin oyuncağı olan Haftar Liviyanın legitim hökumətinin dəvəti ilə bu ölkəyə gələn türk qüvvələrini təhdid edir. Qorxusundan evindən çölə çıxa bilmir. Özünün törətdiyi qətliamların üstünü örtmək üçün nə gəldi danışır. Bazardan hərbi forma və rütbə almaqla marşal olmaq mümkün deyil. Bu, təhsil, ürək, təcrübə, bilək məsələsidir”.
Akar hesab edir ki, Liviyada qardaş qanının axmasının əsas səbəbkarı Haftardır: “Bu müharibə cinayətkarı, qatil Haftar və dəstəkçiləri bilməlidirlər ki, türk qüvvələrinə ediləcək hansısa hücuma görə Haftarın ünsürləri hər yerdə legitim hədəf olacaqlar. Bunu yadlarında saxlasınlar. Bunu etsələr qaçaq yerləri qalmayacaq”.