Papa Fransisk bel və ayaq ağrıları səbəbiylə Müqəddəs Pyotr Bazilikasında Yeni il ayininin icrasına rəhbərlik etməyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Vatikan kilsəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, onun ayindəki yerini Kardinal Kollecinin dekanı Covanni Battista Re tutub.
Papanın adından koronavirus pandemiyasına qarşı mübarizənin önündə olan bütün həkimlərə, tibb bacılarına, könüllülərə təşəkkürünü bildirən xütbə oxunub. Məlumata görə, 84 yaşlı Fransiskin ağrılarının artması ənənəvi ayinə rəhbərlik etməsinə imkan verməyib.
Fransiskin xəstələnməsi barədə şayiələr yaxın günlərdə Vatikandakı dairələrdən yayılmışdı, lakin bu məlumat rəsmi olaraq təsdiqlənməmişdi. Həmin mənbələrin iddiasına görə, papaya yaxın olan iki kardinala koronavirus diaqnozu qoyulduqdan sonra Fransisk koronavirus testi verib. Bu səbəbdən bir müddətdir ictimaiyyət qarşısına çıxa bilmədiyi iddia olunmuşdu.