7 Yanvar 2021 12:34
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni, 2021-ci ilin başlanğıcı Qazaxıstanda parlamentin aşağı palatasına və yerli nümayəndəlik orqanları – maslihatlara seçkilərlə əlamətdardır. 10 yanvar tarixində təxminən 11 milyon seçici Bakıdakı səfirliyimiz də daxil olmaqla, ölkədə və onun hüdudlarından kənarda yerləşən 10 min seçki məntəqəsində səs vermək imkanı əldə edəcək. Maraqlıdır ki, konstitusion tarixdə və COVID-19 pandemiyası şəraitində maksimal təhlükəsizlik tədbirləri şəraitində keçiriləcək seçkilər yeni ildə dünyada ilk parlament seçkiləri olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimovun yazdığı məqalədə bildirilib.

Səfir bildirib ki, rəqabət Majilisdəki 107 deputat yeri uğrunda gedəcək, onlardan 98 nəfər 7 faizlik baryeri keçən partiya siyahılarına daxil edilən namizədlər arasından seçiləcək. Daha 9 deputat Konstitusiya statusuna malik və 120 xalqın nümayəndəsi olan vətəndaşların maraqlarının təmsil edilməsini təmin edən, unikal istitut olan Qazaxıstan Xalq Assambleyası tərəfindən seçilir:

“Koronavirus pandemiyası və həm Qazaxıstan daxilində, həm də bütün dünyada bununla bir ildir davam edən mübarizə, seçkidə iştirak edən ölkədə qeydə alınmış altı partiyadan beşinin seçki kampaniyasının keçirilməsinə ciddi iz qoyub.

Lakin 2016-cı ildə parlament seçkilərindən kəskin şəkildə fərqlənən indiki elektoral kampaniyanın digər xüsusiyyətləri də var. Söhbət son bir il yarım ərzində Prezident Kasım-Jomart Tokayevin 2019-cu ilin iyununda baş tutan andiçmə mərasimindən sonra başladığı və Qazaxıstanda demokratik prosedurların və vətəndaş cəmiyyətinin daha da möhkəmlənməsinə yönəlmiş qanunverici islahatlardan gedir.

Belə ki, yeni qəbul olunmuş qanunlara əsasən 18,5 mln. əhalisi olan və dünyanın doqquzuncu ən böyük ölkəsində siyasi partiyaların qeydiyyata alınması üçün tələb olunan imzaların sayı iki dəfə azaldılıb (40 mindən 20 minədək). Bu, yeni partiyanın təsis edilməsini əhəmiyyətli dərəcədə asanlaşdırır və bir neçə birlik qeydiyyatdan keçmək istəyini bildirib.

Qadınların və cavanların siyasətlə məşğul olmasını və qərarların qəbul edilməsi üzrə demokratik prosesdə onların rolunun gücləndirilməsini təmin edən yeni prinsiplər qanun şəklində tətbiq edildi. Bundan sonra, siyasi partiyaların parlamentə namizədlərin siyahısında qadınların və 29 yaşına qədər cavanların olması ilə bağlı 30 faizlik icbari kvotalar tətbiq edildi. Bu norma ümumilikdə 312 namizəddən ibarət seçki siyahısını seçicilərin ixtiyarına verən bütün beş partiya tərəfindən icra olunur.

Majilisin rəhbər strukturlarında parlament azlığının təmsil olunmasının əlavə zəmanətlərin təsbit edilməsini nəzərdə tutan parlament müxalifəti institutu qanun şəklində təsdiq olundu. Belə ki, Majilisin bir komitə sədri və iki müxtəlif komitələrin katibləri parlament müxalifəti tərəfindən irəli sürülən deputatların siyahısından seçiləcək.

İfadə azadlığı hüququnun həyata keçirilməsi üçün daha da əlverişli şəraitin yaradılması məqsədilə dinc toplaşmaların təşkili və keçirilməsi qaydaları haqqında qanuna düzəlişlər də qəbul edilib. Düzəlişlər Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın və İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının əsas müddəalara uyğundur. Bundan sonra dinc toplaşmaların keçirilməsi niyyəti barədə hakimiyyətə bildirilməsi üçün vaxt xeyli azaldılıb. İndi vətəndaşlar ilkin olaraq tətbiq edilən 15 günlük müddətdən fərqli olaraq, tədbirin keçirilməsinə 5 gün qalmış bunu etməlidirlər”.

Yazıda qeyd olunur ki, bütün bu islahatlar və ölüm cəzasının ləğvi anlamına gələn Qazaxıstanın bu yaxınlarda yuxarında qeyd olunan paktın ikinci fakultativ protokoluna qoşulması kimi ölkənin siyasi həyatında digər dəyişikliklər Kasım-Jomart Tokayevin elan etdiyi “eşidən dövlət” konsepsiyası əks etdirirlər:

“Bu konsepsiyaya əsasən, əhalinin fikirlərin sadəcə qeydə alınmasından savayı, dövlət, siyasi qərarların qəbul edilməsi prosesində ictimai rəyi aktiv şəkildə nəzərə alır. Partiyalar seçicilərin səsləri uğrunda həm offlayn, həm də pandemiya məhdudiyyətləri şəraitində xüsusilə tələb olunan onlayn rejimdə aktiv şəkildə mübarizə aparırdılar. Partiyaların liderləri və nümayəndələri arasında ümummilli telekanalların efirində debatların bir neçə raundu keçirilib. Bunun xüsusiyyəti, həmçinin, bundan öncə baş tutan iki partiyanın rebrendinqi və hakim “Nur Otan” partiyasında ümummilli praymerizlərin keçirilməsi olub. Seçki kampaniyasını ölkədə fəaliyyət göstərən 3000 kütləvi informasiya vasitəsinin çoxu fəal şəkildə işıqlandırır.

Baxmayaraq ki, partiyaların təqdim etdiyi seçki platformaları ölkə qarşısında dayanan vəzifələrin və problemlərin həlli ilə bağlı prinsipial şəkildə fərqli həll yolları təklif edir, əsas məsələdə onlar ümumi sosial istiqamətə yönələn mövqedə dururlar. Onlar, həmçinin, hesab edirlər ki, modernləşmə, vətəndaş cəmiyyəti institutların və demokratiyanın gücləndirilməsi yolu ilə hərəkət etməsi ölkənin dayanıqlı iqtisadi inkişafını və qazaxıstanlıların rifah halının artımını təmin edə bilər.

Dövlət başçısı Kasım-Jomart Tokayev məhz bu mövqeni tutur. Ona görə də seçkilərin nəticələrindən asılı olmayaraq, onun xüsusən pandemiya ili ərzində ölkənin üz-üzə qaldığı müasir çətinliklərin aşması üçün tələb olunan miqyaslı islahatların kursu ali qanunverici orqanı və seçki nəticələri əsasında formalaşan hökumət tərəfindən bundan sonra da dəstək alacaq. Bu o deməkdir ki, ölkəmiz, Azərbaycan da daxil olmaqla, bir çox ölkələrdən və 11 beynəlxalq təşkilatdan gələcək təqribən 400 müşahidəçinin iştirakı ilə yüksək demokratik standartlara uyğun keçirmək niyyətində olduğu seçkilərdən sonra modernləşmə və tərəqqi yolu ilə inamla hərəkət etməyə davam edəcək”.


Müəllif: Səxavət

Oxşar xəbərlər