10 Yanvar 2021 17:12
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qırğız Respublikasında keçirilən referendum artıq baş tutmuş sayılır.

Teleqraf.com xəbər verir ki, Qırğız Respublikasının Mərkəzi Seçki Komissiyası bu gün keçirilən referendumda artıq seçici fəallığının 33 faiz olduğunu açıqlayıb.

Qeyd edək ki, bu gün Qırğız Respublikasında növbədənkənar prezident seçkiləri və referendum keçirilir. Referendumun nəticələri ölkənin parlament, yoxsa prezident üsul-idarəsi ilə idarə olunacağını müəyyənləşdirəcək. Prezident seçkiləri seçici fəallığından asılı olmayaraq baş tutmuş sayılacaq, referendumun baş tutması üçün isə seçici fəallığının 30 faizdən çox olması lazım idi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər