Yanvarın 6-da Vaşinqtonda Konqresin binasına edilən hücum və 5 nəfərin ölümündən sonra diqqət 20 yanvarda yeni seçilmiş prezident Co Baydenin inaqurasiya mərasiminə yönəlib.
Teleqraf.com xəbər verir ki, hazırkı Amerika Prezidenti Donald Tramp hakimiyyətin dinc formada ötürülməsini təmin edəcəyini açıqlasa da, paytaxt Vaşinqtonda tam fərqli proses yaşanır.
20 yanvarda Tramp tərəfdarlarının növbəti radikal addımlarının baş verməməsi üçün paytaxta çox sayda hərbçi gətirilib.
Qeyd olunur ki, yanvarın 20-nə qədər daha 6 min əsgər paytaxta gətiriləcək.