12 Yanvar 2021 13:47
11 398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

11:00

ABŞ-ın yeni seçilən Prezidenti Co Bayden vəzifəsinin icrasına başladıqdan sonra Xəzinə naziri təyin ediləcəyi gözlənilən Cenet Yellenin xüsusi köməkçisinin türk əsilli Didəm Nişançı olacağı bildirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

Agentliyin rəsmi mənbələrə istinadən yaydığı məlumata görə, Yellen Didəm Nişançını Xəzinə Nazirliyində xüsusi köməkçi vəzifəsinə təyin edəcək.

Sözügedən vəzifə təklifinin Nişançıya təqdim edildiyi və onun bunu qəbul etdiyi bildirilir.

Nazirlik bunu təsdiqləyəcəyi halda türk qadın Yellenə ən yaxın simalardan biri olacaq.

Didəm Nişaçı keçmiş prezident Barak Obamanın dövründə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasında xüsusi köməkçi vəzifəsində çalışıb və 2018-ci ildə “Blumberq”ə keçməmişdən əvvəl “Promontory Financial Group”da çalışıb.

O, 1998-2001-ci illər arasında Xəzinə Nazirliyində də işləyib.

Təyinat ABŞ Senatı tərəfindən təsdiqlənərsə, Cenet Yellen ölkə tarixindəki ilk qadın xəzinə naziri olacaq.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər