2020-2021-ci illərdə Tacikistanın Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik etməsi ilə bağlı Xarici İşlər Nazirliyində brifinq keçirilib.
Teleqraf.com xəbər verir ki, brifinqdə nazirliyin MDB ölkələri idarəsinin rəisi, Tacikistanın ŞƏT üzrə milli əlaqələndiricisi vəzifələrini icra edən Axmad Saidmuradzoda və nazirliyin Şanxay Əməkdaşlıq Təşkilatı idarəsinin rəisi Şuxrat Sabirzoda görüləcək işlər haqqında məlumat veriblər.
Bildirilib ki, Tacikistanın bu təşkilata sədrliyi “ŞƏT 20 il: Sabitlik və inkişaf naminə əməkdaşlıq” devizi altında olacaq. Bu dövrdə regionda təhlükəsizliyin və sabitliyin qorunması, üzv ölkələr arasında ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələsi ön plana çəkiləcək.
Qeyd olunub ki, Tacikistanın ŞƏT-ə sədrliyi dövründə 100-dən artıq müxtəlif tədbirin keçirilməsi nəzərdə tutulur.
Vurğulanıb ki, bu il sentyabr ayının 16-17-də Düşənbədə ŞƏT Dövlət başçıları Şurasının iclasının keçirilməsi də planlıaşdırılır.
Xatırladırıq ki, Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş qismində çıxış edir.